UEFA Avropa Liqasının qrup mərhələsi başa çatıb
Bakucity.az xəbər verir ki, qrup matçlarından sonra hansı 32 komandanın “pley-off”da, yəni 1/16 finalda oynayacağı dəqiqləşib.
Beləliklə, 24 komanda – “Bayer”, “Ayntraxt” (hər ikisi Almaniya), “Sürix” (İsveçrə), “Zalsburq”, “Rapid” (hər ikisi Avstriya), “Seltik” (Şotlandiya), “Zenit”, “Krasnodar” (hər ikisi Rusiya), “Slavia” (Çexiya), “Dinamo” (Xorvatiya), “Fənərbaxça” (Türkiyə), “Arsenal”, “Çelsi” (hər ikisi İngiltərə), “Sportinq” (Portuqaliya), “Betis”, “Vilyareal”, “Sevilya” (hər üçü İspaniya), “Olimpiakos” (Yunanıstan), “Latsio” (İtaliya), “Qenk” (Belçika), “Malmö” (İsveç), “Dinamo” (Ukrayna), “Ren” (Fransa) və BATE (Belarus) adını “pley-off”a yazdırıb.
Bundan öncə isə UEFA Çempionlar Liqasından səkkiz komandanın – “Napoli”, “İnter” (hər ikisi İtaliya), “Qalatasaray” (Türkiyə), “Brüqe” (Belçika), “Benfika” (Portuqaliya), “Valensia” (İspaniya), “Viktoria” (Çexiya) və “Şaxtyor”un (Ukrayna) bu turnirdə mübarizə aparacağı bilinirdi.
Püşkatma dekabrın 17-də keçiriləcək.
UEFA Avropa Liqasının cari mövsümkü finalı Bakı Olimpiya Stadionunda baş tutacaq.
Bakucity.az