“London Taxi”nin sürücüsünə qarşı soyğunçuluq edən şəxslərin məhkəməsi başlayır
Bakucity.az xəbər verir ki, Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Mehman Abbasov və Vitaliy Zeynalovun cinayət işi üzrə ilkin istintaq başa çatıb.
Məlumata görə, barələrində toplanan cinayət işinin materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə verilib.
Cinayət işi hakim Şəlalə Həsənovanın icraatındadır.
Məhkəmənin hazırlıq iclası dekabrın 27-nə təyin edilib.
Bu il sentyabrın 18-də saat 6-da 2 naməlum şəxs Nəsimi rayonunun M.Əliyev küçəsində dayanmış “London Taxi” markalı avtomobildən sürücüsü Ramin İmanovun mobil telefonunu götürüb qaçıb.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş M.Abbasov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş V.Zeynalov saxlanılıblar.
Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. / Report
Bakucity.az