Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçilib

Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçilib

Səsvermədə 63 jurnalist iştirak edib

Bakucity.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

Səsvermədə 59 mətbuat orqanından (biri müstəqil jurnalist) 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov doqquzuncu dəfə ilin ən yaxşı məşqçisi seçilib. 46 yaşlı mütəxəssis, demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb.

Sorğuda iştirak edənlərdən 5-i 19 yaşadək millimizi Avropa çempionatının elit mərhələsinə çıxarmış Vüqar Məmmədə, 3-ü ötən mövsüm “Keşlə”yə ölkə kuboku qazandırmış ukraynalı Yuri Maksimova, 3-ü hazırda Premyer Liqanın lideri, “Neftçi”nin baş məşqçisi Roberto Bordinə, 3-ü isə ötən mövsüm “Neftçi”ni, hazırda isə “Keşlə”ni çalışdıran Tərlan Əhmədova səs verib.

Qurban Qurbanov bu il “Qarabağ”a ardıcıl beşinci dəfə Azərbaycan çempionluğunu qazandırıb və “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bu il Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən yeganə klub “Qarabağ” olub. Bu da Qurbanovun ilin məşqçisi seçilməsində həlledici amillərdəndir.

Qurban Qurbanova ilin məşqçisi mükafatı dekabrın 17-də təqdim olunacaq. Oxu.az

Bakucity.az

Qurban Qurbanon ən yaxşı məşqçi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər