Cinayət işi üzrə məhkəmə iclası başa çatıb
Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rasim Bəşirzadə və Turan Mirzəzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Bəşirzadə 9 il 6 ay, T.Mirzəzadə isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu il avqustun 9-da Bakı şəhəri Nərimanov rayonu ərazisindəki mağazalardan birində baş verib. R.Bəşirzadə və T.Mirzəzadə mağaza sahibi Əkbər Hacıyevi yumruqla vuraraq, kassadakı 1000 manat pulu aparıb.
Bakucity.az