Baş vermiş güllələnmə hadisəsi zamanı xəsarət alan şəxs vəfat edib
Bakucity.az xəbər verir ki, 32 yaşlı Əliyev Qorxmaz tərəfindən güllələnən 38 yaşlı Sərvər Quliyev Nevrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.
Noyabrın 17-də Q.Əliyev S.Quliyevin qardaşı ilə eyni məclisdə iştirak edib. Qohum olan şəxslər Şamaxı rayonuna Qorxmazın dayısı qızının toyuna gedib və avtobusla Bakıya qayıdıblar. Yolda S.Quliyevin ögey qardaşı Anar Hüseynovla Qorxmaz mübahisə edib və Qorxmaz Anarı vurub. Şüvəlana gələn Anar olanları ögey qardaşı Sərvərə danışıb. İki qardaş Qorxmazın gəlməsini gözləyiblər ki, qisas alsınlar. Bu zaman Q.Əliyev maşınında olan tapança ilə Sərvəri boynundan vurarub.
Polis tərəfindən saxlanılan Q.Əliyev barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. Cinayət işi daha sonar məcəllənin 120.1-ci maddəsinə tövsif edilib.
İnsident zamanı Q.Əliyevlə A.Hüseynov da xəsarətlər alıb. Araşdırmalar davam etdirilir.
Bakucity.az