“Qarabağ”ın mövqeyi dəyişib

“Qarabağ”ın mövqeyi dəyişib

Avrokubokların qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb

Bakucity.az xəbər verir ki, son turda Çempionlar Liqası və Avropa Liqasının qarşılaşmalarından sonra siyahıda bəzi dəyişikliklər olub.

İlk “yüzlük”dəki yeganə Azərbaycan klubu “Qarabağ”ın mövqeyi də dəyişib.

London “Arsenal”ına 0:1 hesabı ilə uduzan ölkə çempionu 3 pillə geriləyib. Son turdan öncə 64-68-ci yerləri bölüşən Qurban Qurbanovun yetirmələri indi 67-70-ci pillələri bölüşür.

Aktivində 22 min xal olan komanda “Lester Siti” (İngiltərə), “Feyenoord” (Hollandiya) və “Valensia”ya (İspaniya) şərikdir.

Bakucity.az

"Qarabağ" mövqey
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər