Bakıda TSEK-lərin sayı endirilib

Bakıda TSEK-lərin sayı endirilib

TSEK-lərin sayı 12-dən 5-ə endirilib

Bakucity.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Aparatının ştat cədvəlinə dəyişiklik edilməklə yeni strukturu formalaşdırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müvafiq əmr əsasında Bakı şəhəri üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının sayı azaldılaraq paytaxtın rayonları üzrə, ümumilikdə, 5 TSEK (Yasamal, Səbail, Nəsimi rayonları üzrə 1 saylı, Nərimanov, Nizami, Xətai rayonları üzrə 2 saylı, Qaradağ, Binəqədi rayonları üzrə 3 saylı, Sabunçu, Suraxanı rayonları üzrə 4 saylı və Xəzər, Pirallahı rayonları üzrə 5 saylı TSEK-lər) müəyyən edilib.

Qeyd olunan TSEK-lərin fəaliyyəti Bakı şəhərində yaradılacaq beş DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi ilə əlaqəli şəkildə qurulmaqla, mərkəzlərin əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya üzrə xidmətlərinin həyata keçirilməsində iştirak edəcəklər.

Bakucity.az

SEK-lərin sayı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər