TREND-in Mətbuat Mərkəzində "Bitməyən ümid" filminin təqdimat mərasimi keçirilib
Bakucity.az xəbər verir ki, bu gün TREND İnformasiya Agentliyinin Mətbuat Mərkəzində "RİFAH GOLD" psixoloji reabilitasiya və nitq inkişafı mərkəzi tərəfindən təqdim edilən və "Azərbaycan AİLƏSİ" film festivalında mükafata layiq görülən "Bitməyən ümid" filminin təqdimatı keçirilib.
Filmin "Azərbaycan AİLƏSİ" film festivalında mükafata layiq görülməsi ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların daim diqqət mərkəzində olmasının əyani sübutudur. /Trend.az
Bakucity.az