Bakı Ekspo Mərkəzində rəssam Tahir Salahovun sərgisi açılıb

Bakı Ekspo Mərkəzində rəssam Tahir Salahovun sərgisi açılıb

Sərgi rəssamın 90 illik yubileyinə həsr edilib

Bakucity.az xəbər verir ki, dekabrın 14-də Bakı Ekspo Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgidə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak edib.

Sərginin ekspozisiyasında Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Xalça Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş 80-dək xalça, 40-dək rəngkarlıq və rəsm əsəri, eləcə də 350-dək fotoşəkil nümayiş olunur.

Ekspozisiyada rəssamın yaradıcılığının bütün dövrlərini əks etdirən əsərləri yer alıb. Fotoşəkillər Tahir Salahovun dünyanın məşhur elm, incəsənət və dövlət xadimləri ilə görüşlərini, onun həyatının maraqlı anlarını əks etdirir.

Bakucity.az

Bakı Ekspo Mərkəzində rəssam Tahir Salahovun sərgisi açılıb, fotoşəkil-1 Bakı Ekspo Mərkəzində rəssam Tahir Salahovun sərgisi açılıb, fotoşəkil-2 Bakı Ekspo Mərkəzində rəssam Tahir Salahovun sərgisi açılıb, fotoşəkil-3 Bakı Ekspo Mərkəzində rəssam Tahir Salahovun sərgisi açılıb, fotoşəkil-4 Bakı Ekspo Mərkəzində rəssam Tahir Salahovun sərgisi açılıb, fotoşəkil-5 Bakı Ekspo Mərkəzində rəssam Tahir Salahovun sərgisi açılıb, fotoşəkil-6 Bakı Ekspo Mərkəzində rəssam Tahir Salahovun sərgisi açılıb, fotoşəkil-7 Bakı Ekspo Mərkəzində rəssam Tahir Salahovun sərgisi açılıb, fotoşəkil-8 Bakı Ekspo Mərkəzində rəssam Tahir Salahovun sərgisi açılıb, fotoşəkil-9 Bakı Ekspo Mərkəzində rəssam Tahir Salahovun sərgisi açılıb, fotoşəkil-10 Bakı Ekspo Mərkəzində rəssam Tahir Salahovun sərgisi açılıb, fotoşəkil-11
Tahir Salahov sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər