Cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub

Cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub

Yarış 3 gün davam edib

Bakucity.az xəbər verir ki, Sərhədçi İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında keçirilən cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub. 3 gün davam edən turnirdə oğlanlar və qızlar 9 çəki dərəcəsində paytaxt birinciliyinin qaliblərini elan ediliblər. 

Xumar Qasımzadə (36 kq), Nəzakət Hüseynova (40 kq), Lətifə Abbasova (44 kq), Fatimə Məmmədli (48 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq), Səma Əliyeva (63 kq), Ləman Hüseynova (70 kq), Nərmin Əmirli (+70 kq), Nihad Xəlilov (46 kq), Sadiq Cəlalov (50 kq), Yunus Yunusov (55 kq), Turan Bayramov (60 kq), Nahid İsmayılov (66 kq), Elcan Hacıyev ( 73 kq), Adil Adilzadə ( 81 kq), Ruslan Nəsirli ( 90 kq) və Məhəmməd Məmmədov (+90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.

Üç gün davam edən Bakı şəhər açıq birinciliyində 56 klubdan 562 yeniyetmə cüdoçu mübarizə aparıb.

Sonda ölkə cüdosunun inkişafında xidmətləri olan, əməkdar məşqçi Zaur Rəcəbliyə 50 illik yubileyi münasibətilə federasiyanın xüsusi hədiyyəsi təqdim olunub. / "Report"

Bakucity.az

Cüdo yarış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər