Qəza piyadanın xəsarət alması ilə nəticələnib
Bakucity.az xəbər verir ki, Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Yasamal rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Röyal Eynullayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü - paytaxt sakini V.Bağırova saxlanılıb.
Bakucity.az