Bakıda Mikayıl Müşviqə həsr olunmuş gecə keçiriləcək - VİDEO

Bakıda Mikayıl Müşviqə həsr olunmuş gecə keçiriləcək - VİDEO, Javid

 Heydər Əliyev Sarayında ədəbi-bədii gecə keçiriləcək

Bakucity.az xəbər verir ki, dekabrın 21-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Mikayıl Müşfiqə həsr olunmuş “Müşfiqli dünya” ədəbi-bədii gecə keçiriləcək. Azərbaycan Televiziyasının Mədəniyyət kanalı və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə keçiriləcək gecədə əsas sözü Mikayıl Müşfiq poeziyası və ölməz şairin sözlərinə yazılan nəğmələr deyəcək.

Ədəbi-bədii gecədə Respublikanın Xalq artistləri Zaur Rzayev, Ramiz Quliyev, Gülyaz Məmmədova, Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Nurlan Növrəsli, Lalə Məmmədova, Babək Niftəliyev, Azərbaycan Televiziya və Radiosunun solistləri Zabitə Alıyeva, Arzu Əliyeva, Sərxan Bünyadzadə, Pərviz Qasımov, Səbinə Ərəbli, İlkin Əhmədov, Ayşən Mehdiyeva, Məmməd Nəcəfov, Nadir Qafarzadə, Günay İmamverdiyeva, Abgül Mirzəyev, Aytən Məhərrrəmova, Könül Məmmədli və V.Mustafazadə adına “Sevil” vokal instrumental qrupu çıxış edəcəklər. 

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. 

Bakucity.az

Mikayıl Müşviq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər