2018-ci ildə Bakıya səfər edən dövlət başçıları – Top 10

2018-ci ildə Bakıya səfər edən dövlət başçıları – Top 10 , Javid

2018-ci il paytaxt Bakının qaynar diplomatik həyatı olub

Digər bütün sahələrdə olduğu kimi, 2018-ci ildə Bakıda bir-birindən əhəmiyyətli siyasi görüşlər baş tutub. Bir il ərzində Bakıya çox sayda dövlət başçısı ziyarətə gəlib. Müxtəlif məqsədlər çərçivəsində həyata keçirilən ziyarətlər Bakının həm də bir diplomatiya şəhəri olması mənasını verir.  BakuCity.az oxucularının marağını nəzərə alaraq 2018-ci ildə Bakıya səfər edən ən əhəmiyyətli dövlər xadimlərinin siyahısını təqdim edir. 

1. İqor Dodon – Moldova Prezidenti

2018-ci il, martın 15-də Moldova Respublikasının Prezidenti İqor Dodon və nümayəndə heyəti Bakıya səfər edib. Bakıya olan bu səfərin məqsədi VI Qlobal Bakı Forumunda iştirak etmək idi. 

2. Həsən Ruhani – İran prezidenti

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu il martın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumunda iştirak etmək üçün paytaxtda səfərdə olub.  

3. Rəcəb Tayyib Ərdoğan – Türkiyə prezidenti

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan bu il ərzində 2 dəfə ölkəmizdə rəsmi səfərdə olub. Birinci səfər iyulun 10-da baş tutub. İkinci səfər isə sentyabrın 15-də, Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar təşkil olunan paradda iştirak etmək məqsədilə həyata keçib.

4. Sercio Matarella – İtaliya prezidenti 

İtaliya prezidenti Sercio Matarellanın Bakıya gəlişi 18 iyulda baş tutub. İkigünlük səfərin əsas məqsədi  Azərbaycan – İtaliya biznes forumunda iştirak etmək olub. 

5. Emoməli Rəhmon – Tacikistan prezidenti

Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon avqustun 9-da ölkəmizdə rəsmi səfərdə olub. Sizin səfərinizə çox sevinirəm. Səfərin məqsədi ölkələr arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və regional əməkdaşlığın gücləndirilməsi olub.

6. Angela Merkel – Almaniya kansleri

Almaniya kansleri Angela Merkel bu il avqustun 25-də Bakıya səfər edib.

Ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər mövcuddur, - deyən Merkel səfərinin bu yöndə gələcək inkişafa təkan verəcəyini də bildirib.

7. Xaltmaaqiyn Battulqa - Monqolustan prezidenti

24 sentyabrda Bakıya işgüzar səfər edən tanınmış cüdoçu – Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də Milli Gimnastika arenasında cüdo üzrə dünya çempionatı da izləyib. 

8. Vladimir Putin – Rusiya prezidenti

Rusiya prezidenti Vladimir Putin bu ilin 25 sentyabrında Bakıda səfərdə olub.  Məqsəd isə Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsi idi. 

9. Con Bolton – ABŞ prezidentinin müşaviri

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın milli təhülkəsizlik üzrə müşaviri Con Bolton bu ilin 24 oktyabrında Bakıya gəlmişdi.  Bolton öz səfəri ilə bağlı "Twitter"-də məlumat paylaşarkən, ABŞ maraqlarının təşviqi üçün Azərbaycana səfər etyini bildirmişdi. 

10. Aviqdor Liberman - İsrailin müdafiə naziri

Azərbaycana səfər edənlər arasında İsrailin müdafiə naziri Aviqdor Liberman da var. O, bu il sentyabrın 13-də Bakıya gəlmişdi və səfəri çərçivəsində regional təhlükəsizlik, Azərbaycan İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparmışdı.

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

TOP-10
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər