“Müqaviləsinə şərt saldıq…”
Bakucity.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Reynaldonun Ağdam klubuna qayıtmaqla bağlı söhbətlərinə fikir bildirib.
O, braziliyalı oyunçunun qayıdışını təsdiqləyib. Qurbanov həmçinin, Reynaldoya xüsusi şərt qoyulacağını da bildirib:
“Reynaldo artıq Bakıdadır. Sabah isə tibbi müayinədən keçəcək. Hər şey qaydasında olarsa, müqavilə imzalanacaq. Buradan gedişindən əvvəl son zamanlar əyləncəyə meyilli olmuşdu”.
Bakucity.az