Bakıda 5 gün iş olmayacaq

Bakıda 5 gün iş olmayacaq, Javid

Yanvarın 3-ü yeni təqvim ilinin ilk iş günüdür

Bakucity.az xəbər verir ki, Azərbaycanda Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür

Dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə 5 gün – dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq.

Yanvarın 3-ü yeni təqvim ilinin ilk iş günüdür.

Bakucity.az

Qeyri-iş günü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər