2018-ci ildə Bakıya gələn dünyaca məşhur şəxslər – Top 10

2018-ci ildə Bakıya gələn dünyaca məşhur şəxslər – Top 10, Javid

Paytaxta ulduz axını olub

Hər il olduğu kimi 2018-ci ildə də paytaxtımızı çox sayda tanınmış əcnəbi ziyarət edib. Bakucity.az-ın bu dəfəki siyahısı əcnəbi məşhurlar barədədir. Siyahıda həm estrada ulduzları, həm yazıçılar, həm də şairlər yer alıb. 2018-ci ildə paytaxtımızı ziyarət edən dünyaca məşhur şəxslərin siyahısını təqdim edirik. 

1. Nik Vest – Caz ifaçısı

ABŞ-dan olan məşhur caz ifaçısı, bas gitaraçı Nik Vest bu il keçirilən “Baku Summer Jazz Days” layihəsi çərçivəsində iyunun 7-də Beynəlxalq Muğam Mərkəzində özünəməxsus kompozisiyaları və populyar caz-hitləriylə çıxış edib.

2018-ci ildə Bakıya gələn dünyaca məşhur şəxslər – Top 10, fotoşəkil-1

2. Kristina Aqilera – Müğənni

Amerikalı ulduz müğənni Kristina Aqileranın gəlişinə səbəb isə Bakıda keçirilən  "Formula-1" üzrə Azərbaycan Qran-prisinin konsert proqramında çıxış etmək olub. Xanım müğənni aprelin 28-də Bakı Kristal Zalında səhnəyə çıxıb.

3. Dua Lipa – Müğənni

Formula 1 çərçivəsində “Baku Crystall Hall”da səhnəyə çıxan növbəti dünya ulduzu Dua Lipa olub. Asiya ölkəsində ilk dəfə konsert verən xanım müğənni aprelin 29-da Bakıda səhnə alıb.

4. Al Bano - Müğənni 

Məşhur italyan müğənni, ölkəmizdə əsasən “Feliçita” mahnısı ilə məşhur olan Al Bano bu il Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatının açılış mərasiminə qatılmaq üçün paytaxta səfər edib. Sentyabrın 20-də isə o, Milli Gimnastika Arenasında keçirilən tədbirdə konsert proqramı ilə çıxış edib.  

5. Yuri Polyakov - Yazıçı

Rusiyanın məşhur yazıçı-dramaturqu Yuri Polyakov və ailə üzvləri bu ilin  sentyabrıda Bakıda səfərdə olublar. Yuri Polyakovun “Sinif yoldaşları” tamaşasının uğurlu premyerası isə sentyabrın 23-ü Akademik Milli Dram Teatrında olub.

2018-ci ildə Bakıya gələn dünyaca məşhur şəxslər – Top 10, fotoşəkil-2

6. Sami Yusuf – Müğənni 

Əslən azərbaycanlı olan tanınmış müğənni Sami Yusufun Bakıya növbəti səfəri sentyabrın 27-si reallaşıb. İfaçı Bakıda keçirilən "Nəsimi - şeir, sənət və mənəviyyat" festivalında iştirak etmək üçün gəlib.

7. Uordsmis - Amerikalı repçi

Məşhur amerikalı repçi Uordsmis ABŞ Dövlət Departamentinin İncəsənət Elçiləri Proqramı çərçivəsində, qrupu ilə birlikdə bu ilin oktyabrında ilk dəfə Bakıda səfərdə olub. O, 13 oktyabrda Park Bulvarda, 16 oktyabrda YARAT Müasir İncəsənət Mərkəzində, 20 oktyabrda isə Rəşid Behbudov adina Mahnı Teatrında çıxış edib. 

8. “İnitiatives” – Caz trio

Bu il oktyabrın 20-də “Rotunda Jazz Club”da Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “İnitiatives” populyar fransız caz triosunun konserti olub. Qrupunun lideri pianoçu Jan-Kristof Şolendir. Bu onların Bakıya ilk gəlişi idi. Festival Mədəniyyət Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı ilə gerçəkləşib.

9. Kelli Coys – Müğənni

Məşhur fransalı müğənni Kelli Coys isə bu ilin 28 noyabrda Bakıya gəlib. Coys öz musiqiçiləri ilə birlikdə paytaxtda konsert verib. Sonra həyat yoldaşı və qızı ilə paytaxtımıda fotosessiya edib. 

2018-ci ildə Bakıya gələn dünyaca məşhur şəxslər – Top 10, fotoşəkil-3

10. Till Lindemann – rokçu-şair

Bu il paytaxt Bakının son tanınmış qonağı Alman vokalist, şair və əfsanəvi “Rammstein” qrupunun solisti Till Lindemann olub. O, dekabrın 15-i  Bakı Kitab Mərkəzində “Səssiz bir gecədə. Lirika” .eir kitabının imza gününü məhz azərbaycanlı oxucuları üçün təşkil edib.

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Top-10
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər