Brendon Stoun yeni klipini pərəstişkarlarına təqdim edib
Bakucity.az xəbər verir ki, məşhur gürcü müğənni və bəstəkar Brendon Stoun "Radio Station" mahnısı üçün Bakıda çəkdirdiyi yeni klipini təqdim edib. Klipi azərbaycanlı rejissor Emin Muradov çəkib.
Təqdimat mərasimində müğənni qeyd edib ki, qısa müddətdə Bakıda konsert verəcək.
Qeyd edək ki, müğənni bundan əvvəl "The Shrew" mahnısına da Bakıda klip çəkdirmişdi.
Bakucity.az