Bakıda məşhurlar “Aquaman” filminin təqdimatına yığışdı - FOTOLAR

Bakıda məşhurlar “Aquaman” filminin təqdimatına yığışdı - FOTOLAR

“CinemaPlus”da (Ganjlik Mall) yeni film nümayiş edilib

Bakucity.az xəbər verir ki, 17 dekabrda  “CinemaPlus”da James Van-ın “Aquaman” filminin premyerası olub.

Tədbirdə mətbuat nümayəndələri, “blogger”lər və məşhur şəxslər iştirak edib. Qonaqlar arasında "Eurovision-2012" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov premyera ilə bağlı fikirlərini bizimlə bölüşüb:

"Fantaziya janrının pərəstişkarıyam! Bu premyeradan da yalnız yaxşı təəssüratlar gözləyirəm. Mən həm də dənizin pərəstişkarıyam. Dəniz mövzusu həmişə məni cəlb edib, üzməyi isə uşaqlıqdan sevirəm. Filmlərdə sualtı dünyanın hər hansısa canlısını görməyi sevirəm. Premyeranın əla keçəcəyini düşünürəm!  Filmdən o qədər əminəm ki, özümlə valideynlərimi də gətirmişəm. Bu filmə baxmağa dəyər!"

Film su altında nəfəs almaq və balıqla danışmaq qabiliyyətinə malik olan Artur Karri haqqındadır. 

Bir gənc, öz xalqını idarə etmək və dünyanın qəhrəmanı olmaq üçün qabiliyyətlərini hərəkətə gətirməyi bacarmalıdır. 

Filmə “DolbyAtmosGrante” formatında baxmaq tamaşaçıya, Atlantidanın sehirli səltənəti olan sualtı dünyasına daxil olmaq imkanı verir. Filmdə Ceyson Momoa, Amber Hurd, Willem Dafoe, Dolph Lundgren və Nikol Kidman kimi Hollivud ulduzları bir araya gəlib.

Hazırladı: Züleyxa İsmayılaova 

Bakucity.az

Jems Van silm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər