"Keşlə" klubu cərimələndi

"Keşlə" klubu cərimələndi

Klub Müşahidə Şurasının sədrinin davranışına görə cərimələnib

Bakucity.az xəbər verir ki, AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verən qayda pozuntuları ilə bağlı ölçü götürüb.

Müşahidə Şurasının sədri Zaur Axundovun və əsas komandanın qapıçısı Kamran Ağayevin “Qarabağ”la səfərdə keçirilən ilk oyundan sonra hakimlərin otağına icazəsiz girdiklərinə görə qurum “Keşlə” klubunu 1600 manat cərimələyib.

“Zirə” – “Səbail” matçının 33-cü dəqiqəsində qonaqların futbolçusu Tome Kitanovski aqressivliyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

“Neftçi” – “Sumqayıt” görüşünün 88-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun I hissəsindən sonra “Sumqayıt”ın məşqiçisi Elnur Çodarov və “Neftçi”nin inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozduqlarına görə 1 oyun cəzalanıblar, hər iki klub isə 800 manat cərimələnib. 

Bakucity.az

Cərimə klublar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər