Muğam Mərkəzində Vaqif Mustafazadə yad edildi - FOTO

Muğam Mərkəzində Vaqif Mustafazadə yad edildi - FOTO, Javid

Vaqif Mustafazadənin müəllifi olduğu əsərlər səsləndirilib

Bakucity.az xəbər verir ki, dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim edilib.

Tədbir Vaqif Mustafazadə adına Xeyriyyə Fondu və Mədəniyyət Nazirliyi tərəfindən gerçəkləşib. Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri "Vaqifə ithaf" əsərini səsləndirib. Daha sonra respublikanın tanınmış caz ustaları Emil Əfrasiyab, Əməkdar incəsənət xadimi Cavan Zeynallı, İsfar Sarabski, Mircavad Cəfərov və caz festivallarının laureatları çıxış ediblər. (Azertac)

Bakucity.az

Muğam Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər