Bakıda sərnişin avtobusu qəza törətdi - ölən var

Bakıda sərnişin avtobusu qəza törətdi - ölən var, Javid

Yaralı xəstəxanaya çatdırılsa da, xilas etmək mümkün olmayıb

Bakucity.az xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində - Zabrata gedən yolda “İsuzu” markalı 90 JA 101 dövlət qeydiyyat nişanlı avtobus yolu keçməyə çalışan yaşlı qadını vurub. Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb və orada keçinib. 

Araşdırmalar zamanı məlum olub ki, ölən qadın paytaxt sakini, 1955-ci il təvəllüdlü Valentina Mişkininadır. 

Faktla bağlı cinayət işi açılıb.

Bakucity.az

Ağıq qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər