Bakıda ən yaxşı stilistlər arasında master-klass keçirildi - FOTO

Bakıda ən yaxşı stilistlər arasında master-klass keçirildi - FOTO

Master-klassın məqsədi milli brend yaratmaqdır

Bakucity.az xəbər verir ki, Bakıda qısa saç kəsimi üzrə “nəzəriyyə-təcrübə” adlı üç günlük master-klass keçirilib. Layihənin təşkilatçısı "Daraq" brendidir. 

Təşkilatçıların sözlərinə görə,  uzun müddət layihəyə hazırlıq gedib və onlar diqqətlə yanaşaraq heç bir nüansı nəzərdən qaçırmamağa çalışıblar.

Hər bir belə tədbirdə təşkilatçıların həyata keçirməyə çalışdıqları xüsusi məqsəd olur. Lazım olan stili yaratmaq üçün obraz, model seçimi aparılır:

"Biz istəyirik ki, bərbər sənətinə həqiqi diqqət və maraq yaradaq, bizdə bu alınır. Məhz sənətə! Biz bütün dünyada tanınacaq unikal, milli brend yaratmaq niyyətindəyik ", - “Daraq hair salon & shop"un peşəkar təlim təşkilatçısı və art-direktoru Aydın İlyasov Bakucity.az-a belə deyib.

Onun fikrincə, ustalar dövrün tələblərini, maraqlarını nəzərə alaraq, yeniliklərdən həmişə xəbərdar olmalı, öyrənməlidirlər və əlbəttə ki, öz sahələrində peşəkar olduqlarına əmil olmalıdırlarlar.  Yalnız bu şəkildə onlar yeni şeylər öyrənə və işdə peşəkarlıq əldə edə bilərlər.

Onun fikrincə, təşkilatçı olaraq qarşılaşdıqları çətinliklərə baxmayaraq, yaradıcı mühitdə layihənin həyata keçirilməsi olduqca asandır. 

"Biz bərbərlik sənətinin təkrarsız tərəflərini göstərmək istəyirik.

“Daraq”ın stilis-bərbəri və art-direktoru İrina Babayeva bildirib:

"Daraq"ın əsas məqsədi bərbərlər üçün akademiya yaratmaq və ödənişsiz, peşəkar bilik, praktika imkanları yaratmaqdır", - deyə o, bildirib. 

Hazırladı: Cəmilə Amirova

Bakucity.az

"Daraq" Açıqlama Master klass
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər