Bakıda 2018-ci ilin trendləri məlum oldu - FOTO

Bakıda 2018-ci ilin trendləri məlum oldu - FOTO, Javid

“Trend of the Year" 2018 mükafatlandırma qala-gecəsi keçirilib 

Bakucity.az xəbər verir ki, Flame Towers – Park Cinema IMAX-da “Trend of the Year" 2018 mükafatlandırma qala-gecəsi keçirilib.

Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən – trendə çevrilmiş şəxslər və şirkətlər mükafatlandırıldılar. Qaliblər sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən müəyyənləşiblər.

Gecədə "Trend of the Year" adına layiq görülənlər sırasında Fidan Hacıyeva, Məleykə Abbasova, Gülnarə Xəlilova, Xatirə İslam, Elnarə Xəlilova, Vüqar İmanov, Aydan Kamilova, Xumay Muxtarova, Emin Bədəlov, Niyam Salami, Rövşən Nəcəfov, Elnarə Xəlilova, Rahidə Baxışova, Tural Hüseyn, Şahin Cavadsoy, Nigar İbrahimova, Elşən Gəncəvi, və başqa tanınmış şəxslər var idi. Həmçinin, “İmtahan”, “Ata Ocağı” serialları və “Qız Qaçırtma” filmi ilin trendi seçilib. Bundan başqa bir sıra şirkətlər və müxtəlif sahələrin professionallari ilin trendi mükafatçılar sırasında idi. “Trend of the Year” 2018 Mükafatlandırma gecəsi aparıcı Azər Axşama həvalə edilib. (Trend)

Bakucity.az

“Trend of the Year"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər