Bakıda insanları öldürən gözəgörünməz "qatil" - ARAŞDIRMA

Dəm qazından zəhərlənmə - paytaxtdakı bədbəxt hadisələrin əsas səbəblərindən biridir.

Hər il qış mövsümü gələndə, Bakıda baş verən ənənəvi bir faciə var. İnsanlar dəm qazından ya zəhərlənərək ölür, ya da ölümcül vəziyyətə düşürlər. Bütün xəbərdarlıqlara, görülən işlərə rəğmən "gözəgörünməz qatil" işini davam etdirir. Bakucity.az-ın növbəti araşdırması dəm qazından zəhərlənmələr haqqındadır. Görülən tədbirlər işə yarayırmı, sakinlər xəbərdarlıqlara ciddi yanaşırlarmı kimi suallara bu araşdırmada aydınlıq gətiriləcək. 

Baş toksikoloq: "Həftədə 5-6 müraciət daxil olur"

Məsələ barəsində fikir öyrənmək üçün Səhiyyə Nazirliyinin Klinik tibbi mərkəzinin baş toksikoloqu Azər Maqsudova müraciət etdik. Azər bəy dəm qazından zəhərlənmələrlə bağlı onlara həftə ərzində 4-5 müraciətin daxil olduğunu bildirdi: 

“Dəm qazı ilə zəhərlənmənin pik vaxtı yanvar, fevral və mart aylarına təsadüf edir. İlin isti vaxtlarında dəm qazından zəhərlənmə ilə bağlı müraciətlər tək-tük hallarda olur. Hal-hazırda bizə həftədə 5-6 müraciət daxil olur. Bu şəxslərdən bəziləri bir və ya bir gün yarım xəstəxanada qalırlar”.

Toksikoloji bölmə müdirinin bildirdiyinə görə, xəstəxanada cari ilin yanvarından indiyədək ölümlə nəticələnən cəmi bir hadisə qeydə alınıb. Çünki xəstə bölgədən olduqca gec gətirilib. Maqsudov qeyd edib ki, klinikada sanitar qovşaq da mövcuddur. Bu da tək paytaxtın ətrafında deyil, həm də bölgələrdə zəhərlənənlərin həyatını xilas etməyə imkan verir.

Dəm qazından zəhərlənmənin əlamətləri

Həkimin sözlərinə görə, karbon monoksidin rəngsiz, dadsız  olması onun vaxtında aşkar edilməsini çətinləşdirir:

“Zəhərlənmə zamanı insanda ürək döyüntüsü sürətlənir, hava çatışmazlığı, ürəkbulanma, başgicəllənmə baş verir. Sadalanan simptomlar getdikcə artır. Qaz sızması olan qapalı məkanda insan beş  beş dəqiqə ərzində huşunu itirə bilər və bu olduqca təhlükəli nəticələrə gətirib çıxarar” – deyə toksikoloq vurğulayıb.

Həkim: “Çox vaxt səhv zərərçəkənlərin özlərində olur”

Azər Maqsudov xəbərdarlıq edir ki,  qazla işləyən sobalara mütləq təmizlənməsi mümkün olan xüsusi baca qoyulmalıdır. Əgər otaqda hava dəyişməsə, zəhərlənmə ehtimalı həmişə var!

“Çox vaxt, - mütəxəssis davam edir: sobaların istismar qaydalarına riayət edilmir, buna görə də dəm qazından zəhərlənmələr baş verir. Qaz qızdırıcısının işlədiyi vanna otağında uzun müddət qalmaq olmaz. Vanna otağıda müəyyən genişlik olmalıdır. Amma təəssüf ki, evlərdə vanna üçün çox kiçik otaqlar nəzərdə tutulur”.

İlkin yardım necə göstərilməlidir? 

Əgər kimsə dəm qazından zəhərlənsə, onda həkim gələnə qədər yaxınları ona ilkin yardım göstərə bilərlər.

“Əgər zərərçəkənin huşu yerindədirsə, onda ilkin yardım göstərmək daha asandır. Dərhal onu təmiz havaya çıxarmaq lazımdır. Bundan əlavə, zərərçəkmişə çoxlu maye içirtmək lazımdır. Əgər həmin adam huşsuz vəziyyətdədirsə, təcili yardım gələnə kimi ona süni nəfəs vermək lazımdır”, - deyə  Maqsudov bildirib. 

Baca quraşdırarkən texniki qaydalara əməl edilmir

 Saytımıza açıqlama verən “Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, zəhərlənmə hallarının əksəriyyəti ilin soyuq dövründə təsadüf edir:

“Vətəndaşların bəziləri  müxtəlif qaz cihazlarının quraşdırılması zamanı texniki qaydalara əməl etmirlər. Vanna otağı müəyyən parametrlərə cavab verməlidir. Həcmi 7,5 kubmetr, hündürlüyü isə - 2 metr 20 santimetr olmalıdır. Qapının xüsusi deşikləri olmalıdır. Amma ən başlıcası, hamama təmiz baca qoyulmalıdır”. 

Dəm qazından zəhərlənmələrin sayı ilbəil azalır

Kərbalayev həmçinin qeyd edib ki, insanlar qaz cihazlarından istifadə edərkən, çox ehtiyatlı və diqqətli olmalı, bütün ehtiyat tədbirlərinə əməl etməlidirlər. 

 Rəsminin sözlərinə görə hazırda dəm qazından zəhərlənmə halları xeyli azalıb:

“Dövlət qurumlarının müntəzəm olaraq apardığı tədbirlər nəticəsində karbon monoksiddən zəhərlənmə halları ilbəil azalır. Amma təəssüf ki, müəyyən kəslər normaları  pozaraq eyni səhvləri etməkdə davam edirlər”.

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Dəm qazı araşdırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məqsəd yaşı 60-dan yuxarı olan pensiyaçılara kömək etməkdir Bakıda kasıblara pulsuz xörək verən məkan varmış. Deyirlər, hələ 5-6 nəfər də götürə bilərik. Bu xeyirxah işlə Yəhudi Qadınlarının Azərbaycan Assosiasiyası məşğuldur. BakuCity.az "Azadlıq" radiosuna istinadən məlumat verir ki, mərkəz 27 ildir, fəaliyyət göstərir. Bu mərkəzdə əsasən könüllülər çalışır. Pulsuz yeməkdən yararlananlar isə əsasən rusdillilərdir. Lakin milli ayrı-seçkilik yoxdur. Buraya...
Cəmiyyət
Həmin şəxsin vəziyyəti qənaətbəxşdir Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən “Report”a təsdiqləyiblər. Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma h...
Cəmiyyət
Sərnişinlər təxliyə olunur Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda işıqlar söndü, işıqforlar işləmir O qeyd edib ki, bu gün saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb: "Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" -...
Cəmiyyət
Problem aradan qaldırılır Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. "Azərişıq” ASC-dən BakuCity.az-a verilən məlumata görə, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş görülür. Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb. Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki,...
Cəmiyyət
"İnsan həmişə nəyəsə səy göstərməlidir" “Öz hekayəni danış” rubrikası çərçivəsində BakuCity.az saytının bugünkü qonağı “High Boost” restoranının baş aşpazı Rüfət Əliyarovdır. - Kulinariya sahəsində təhsiliniz barədə ətraflı danışmağınızı istərdik. Bildiyimizə görə, əvvəlcə tamamilə başqa işlə məşğul olmaq istəmisiniz.  - Düzünü desəm, diplomat olmaq arzusunda idim. Bu mənim təbiətimdə var: psixologiyanı uzun müddət araşdırmışam, insanlarla necə ünsiyyət qu...
Hakimiyyət
Sərəncam imzalandığı gündən qüvvəyə minir Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar: general-leytenant Cəbrayılov Asif Mikayıl oğlugeneral-leytenan...
Ekologiya
Səhər zəif duman olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 28-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer t...
Cəmiyyət
Onunla təmasda olan əməkdaşlar da müşahidə altına alınıb İrandan gəlib Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən həmin ölkənin vətəndaşı fevralın 25-i saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxil olmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb. Dövlət Gömrük Komitəsindən BakuCity.az-a...
Cəmiyyət
Reyslər martın 14-dən həyata keçiriləcək  "Türk Hava Yolları" Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb. BakuCity.az-ın məlumatına görə, bu barədə aviaşirkətin İdarə Heyətinin sədri İlker Aycı deyib. O bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar bir sıra reyslər təxirə salınıb, məsələn, Seula uçuşların sayı azaldılıb, Naxçıvana isə müvəqqəti dayandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, "Türk Hava Yol...