Bakıda qadın sürücü ağır qəzada öldü

Bakıda qadın sürücü ağır qəzada öldü, Javid

Bakıda qadın sürücü avtomobilini yük maşınına çırparaq ölüb

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 18-də saat 22 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Gülarə Qəbulova idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Asəf Abdinova məxsus “MAN” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

Binəqədi rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər