"Səbail" - "Zirə" oyununda iki qol, "Neftçi" çətin sınaq qarşısında

"Səbail" - "Zirə" oyununda iki qol, "Neftçi" çətin sınaq qarşısında

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunları başlayıb

Bakucity.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. İlk matç “Bayıl Arena”da oynanılır. Burada “Zirə” “Səbail”in qonağıdır. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Samir Abasovun komandası yarımfinala adlamaq üçün cavab matçında bu üstünlüyünü qorumağa çalışacaq.

Günün ikinci qarşılaşması isə Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə  2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ şansları yüksək qiymətləndirilir. Lakin bu mövsüm qarşısına yüksək hədəflər qoyan “Neftçi” də cavab oyununa yaxşı hazırlaşıb. 

1/4 finalın son 2 oyunu sabah keçiriləcək.

Bakucity.az

1/4 final sabah
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər