Xaosun qarşısını alacaq
Bakucity.az xəbər verir ki, Bakı “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları” haqqında təsdiqlənən məsələ bir sıra neqativ halların qarşısını alacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov belə deyib.
O, bildirib ki, qəbir yerləri dəfn prosesini həyata keçirənlərə nizamlanmış formada veriləcək:
“Qəbir yerləri sıra nömrələrinə uyğun olacaq. Bu da mövcud neqativ halların, xaosun qarşısını alacaq. Qəbiristanlıqlarda yerlərinin satılmasına, əlavə pul tələbinə dair mənfi hallar var.
Qaydalar tətbiq olunduqdan sonra belə halların qarşısı alınacaq. Bələdiyyələrin tərkibində qəbiristanlıqların idarə edilməsi ilə bağlı xüsusi qurum yaradılacaq” - deyə N.Məmmədov bildirib.
Bakucity.az