"Zirə"də ciddi itki

"Zirə"də ciddi itki

Qapını Kamal Bayramov qoruyacaq.

Bakucity.az xəbər verir ki, "Zirə"nin kapitanı Anar Nəzirov ölkə kubokunun 1/4 final mərhələsinin "Səbail"lə cavab oyununu buraxacaq.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Qolkiper ilk görüşdə olduğu kimi, bugünkü qarşılaşmada da zədə səbəbindən oynaya bilməyəcək. Qapını isə Kamal Bayramov qoruyacaq.

"Səbail" - "Zirə" oyunu saat 16:00-da başlayacaq. İlk görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakucity.az

kamal bağırov zədə qolkiper
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər