Bakıda sürət həddi endirildi

Bakıda sürət həddi endirildi, Javid

Sürücülərin anlayışla davranmaları xahiş  olunur

Bakucity.az xəbər verir ki, Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu qərar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib. 

Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş  olunur. 

Bakucity.az

Heydər Əliyev prospekti-Hava Limanı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər