Bakıda gənc rəssamların sərgisi keçirilib - Foto

Bakıda gənc rəssamların sərgisi keçirilib - Foto

Rəssamların əsərləri  "Start" layihəsi çərçivəsində sərgilənib. 

Bakucity.az xəbər verir ki, “Gənclər Şəbəkəsi” gənclər təşkilatı Mədəniyyət Nazirliyi,  Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Azerbaijan Arts Council" Qeyri-hökumət Təşkilatının dəstəyi ilə həvəskar və gənc rəssamların sərgisini keçirib.

Tədbir İçərişəhərdə yerləşən "Art Tower" rəsm qalereyasında baş tutub.

Sərgidə müxtəlif istiqamətlər və üslublarda çəkilmiş 40-dən çox iş təqdim olunub. İştirakçılar arasında tanınmış rəssamlarla yanaşı, yeni fəaliyyətə başlayan rəssamlar da olub: Könül İsmayılova, Vüsalə Şərifova, Orxan Aslanlı, Aysel Nağıyeva, Könül Rzayeva, Roza Muradova, Nadir Şah, Ruslan Kovalyov, Nuray Allahverdiyev, Kamran Məmmədov və başqaları.

"Arts Council Azerbaijan" QHT-sinin rəhbəri Dadaş Məmmədov bildirib ki, sərgidə nümayiş olunan əsərlər gənc rəssamların yaradıcı əsaslarının yaradılması və gələcək inkişafının dəstəklənməsinə yönəlmiş "Start" layihəsi çərçivəsində seçilib:

“Bu layihə çərçivəsində həm fərdi, həm də kollektiv sərgilər təşkil edilir. Bu vernisaj müsabiqə əsasında keçirilmişdir. Biz bu sərgidə iştirak etmək istəyənlər üçün elan verdik. Bütün müraciətlər edildikdən sonra səriştəli peşəkar münsiflər heyəti sərgidə nümayiş etdirilən əsərləri seçib”.

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Gənc rəssamlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər