"Dünya klassikasının inciləri" Bakıda ilk dəfə

"Dünya klassikasının inciləri" Bakıda ilk dəfə

Paytaxtda “Sankt-Peterburq Opera” truppasının  möhtəşəm konserti keçirilib.

Bakucity.az xəbər verir ki, Bakıda ilk dəfə olaraq, Azərbaycan dövlət rus dram teatrının səhnəsində “Sankt-Peterburq Opera” truppasının solistləri  “Dünya klassikasının inciləri” qala-konsert proqramı ilə çıxış ediblər. 

"Dünya klassikasının inciləri" Bakıda ilk dəfə , fotoşəkil-1

Konserti Azərbaycan mədəniyyət nazirliyinin və Sankt-Peterburq hökumətinin dəstəyi ilə keçirilib.

"Dünya klassikasının inciləri" Bakıda ilk dəfə , fotoşəkil-2

Gecənin aparıcısı Azərbaycanın əməkdar artisti vokalçı Anton Ferştandt olub.

Qeyd etmək lazımdır ki, “Sankt-Peterburq Opera” truppasının tərkibinə əsasən gənc opera müğənniləri daxildir.  Onların hər biri ölkədaxili və beynəlxalq müsabiqələrin laureatı və nominantıdır.

Konsertdə Cüzeppe Verdi, Jorj Bize, Qaetano Donisetti, Pyotr Çaykovski, Cakomo Puççininin kimi rus və xarici ölkə bəstəkarlarının ən məşhur operalarından ariya və duetlər  ifa olunub.

Konsert paytaxt sakinlərinə xoş təəssürat yaradıb və dünya klassiklərinin unudulmaz incilərinin yaratdığı xoş ab-hava ilə yadda qalıb.

Hazırladı: Cəmilə Amirova

Xüsusi olaraq Bakucity.az üçün

İncilər Dünya Klassikləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər