Paytaxtda "Ritorika və nitq mədəniyyəti" mövzusunda seminar keçirilib

Paytaxtda "Ritorika və nitq mədəniyyəti" mövzusunda seminar keçirilib

Ritorika - əxlaqi düşünmək bacarığıdır. 

Bakucity.az xəbər verir ki,  "Ritorika və nitq mədəniyyəti" mövzusunda seminar Rusiya İnformasiya-mədəniyyət mərkəzində keçirilib. 

Seminarda rejissor, aktyor, Üzeyir Hacıbəyli adına Bakı musiqi akademiyasının müəllimi Elvin Mirzəyev və Bakı şəhəri 20 nömrəli məktəbin rus dili və ədəbiyyatı müəllimi Gülnarə Tahirzadə çıxış ediblər.

  • Bunu da oxuyun: "Dünya klassikasının inciləri" Bakıda ilk dəfə

Seminarı Azərbaycanın rusdilli təhsil müəssisələrinin müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina aparıb.

Mövzu ətrafında geniş müzakirələr olunub və nümunələr göstərilib.

Hazırladı: Cəmilə Amirova

Xüsusi olaraq Bakucity.az üçün

Seminar Ritorika
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər