Bakının qəhvəxanaları: yaxşı qəhvəni necə müəyyənləşdirmək olar? - ARAŞDIRMA

Bakıda getdikcə populyarlaşan yad içki 

Azərbaycanda əsrlər boyu qəhvə yox, çay əsas içki olub. Elə indinin özündə də çay ölkədə ən populyar içki olmaqda davam edir. Amma bununla belə, qəhvə də artıq getdikcə populyarlaşmaqdadır. Paytaxt Bakıda bir-birinin ardınca qəhvəxanalar açılır və qəhvə Bakı sakinlər sevimli içkilərindən birinə çevrilir. Bakucity.az növbəti araşdırmasını paytaxtın qəhvəxanalarına həsr edib. Bakıda qəhvə ilə bağlı ən vacib detallardan bu araşdırmada xəbər tutacaqsınız. 

“Kappinq” və yaxud qəhvənin peşəkar dequstasiyası 

"Starbucks" qəhvəxanasının inzibatçısı Emin Əsgərov Bakucity.az-a qəhvənin dequstasiya prosesi  barədə məlumat verib:

 "Dequstasiya zamanı müəyyən standartlara riayət etmək vacibdir. Prosesə vizual qiymətləndirmə, qoxlamaq, dadmaq və toxunmaq kimi elementlər daxildir. 

Birinci qurtumdan sonra ağızı təmiz su ilə yaxalamaq lazımdır ki, növbəti sınaq üçün  tamı müəyyənləşdirmək mümkün olsun.

Qəhvə keyfiyyətli olmalıdır. Müəssisəmizin menyusunda qəhvədən başqa, qəhvəylə gözəl uzlaşan dadlı çərəzlərlə, süzülmüş və preslənmiş qəhvəli içkilərlə də tanış ola bilərsiniz”.

Qəhvənin növləri

“Mövcud olan qəhvə çeşidləri təəccüblü və maraqlıdır”, - bunu “Gloria Jean's Coffee” qəhvəxanasının administratoru Ruslan Şükürov deyib: 

"Bunu anlamaq asan deyil, çünki qəhvənin növləri müxtəlif meyarlara görə təsnif edilir. Taxıl çeşidləri, onları becərən ölkə, qovurma və içkinin hazırlanma resepti: onların “amerikano”, “espresso”, “latte”, “latte macchiato”, “cappuccino” kimi təsnifləşdirilməsi mürəkkəb prosesdir. 

Bütün bu qəhvə növləri bizdə dadlı şirniyyatlarla birlikdə verilir”.  

“Əsl qəhvəni yalançı qəhvədən fərqdəndirilməsində qiymət mühüm rol oynayır"

“Saxta qəhvəni əsl qəhvədən ayırd etmək çətin deyil. Keyfiyyətsiz qəhvənin yad qoxusu və dad çalarları  olur”, - deyə “Coffeemania” qəhvəxanasının inzibatçısı Əsgərov Əsgər Bakucity.az-a  açıqlamasında bildirib:

 “Saxta qəhvədə demək olar ki, heç vaxt normal kofeyn olmur. Bu məqamda qiymət də mühümdür. Yaxşı qəhvə ucuz ola bilməz. İkinci məqam isə qablaşdırmadır. Keyfiyyətli qəhvə şüşə və ya tənəkə qablarda qablaşdırılır. Qabın üzərində istehsalçı, istifadə müddəti və ştrix-kod göstərilməlidir. Bu zaman ştrix-kodun ilk üç rəqəmi göstərilən istehsalçı ölkənin koduyla üst-üstə düşməlidir.

"Coffeemania"  qəhvəxanasında biz qəhvə və qəhvəli içkiləri əsas üstünlüyü keyfiyyətə verməklə seçirik. Türk qəhvəsi sifariş verdikdə, yanında dadlı şirniyyat da verilir”.

Üyüdülmüş və təbii qəhvənin fərqi

"Təbii qəhvə ilə üyüdülmüş qəhvə arasında fərq var. Bu içkinin kəskin dadında və qoxusunda aydın şəkildə nəzərə çarpır” – deyə,  “Espressamenteilly” qəhvəxanasının əməkdaşı Arzu Rəcəbova bildirib:

“Dad, ətir - bu, əlbəttə  zövq məsələsidir, amma əgər təbii, yoxsa üyüdülmüş  qəhvənin  daha faydalı olmasından söhbət gedirsə, burada məsələ elə də asan deyil. Təbii qəhvə qovrulmuş qəhvə dənələrindən əldə edilir. Üyüdülmüş qəhvənin tərkibində təxminən 15% qəhvə dənələri var, qalan hər şey - boyaqlar, stabilizatorlar, emulqatorlar və digər kimyəvi əlavələrdir. Məhz buna görə də, biz heç vaxt üyüdülmüş qəhvədən istifadə etmirik. Keyfiyyətli qəhvə istənilən qəhvəxananın keyfiyyət nişanıdır. Biz ayda bir dəfə aksiya keçirərək ziyarətçilərimizi müxtəlif şirniyyatlara və qəhvəyə qonaq edirik”.

Bakucity.az paytaxtda yerləşən bir neçə qəhvəxananı və qiymətlərini diqqətinizə çatdırır:

“Starbucks”

Kofe “arabica”, “Latte”, “Cappuccino”, “Caramel macchiato", “Frappuccino” içkisi, 30 müxtəlif növdə qəhvələr, “Starbucks”un xüsusi çayları.

Mətbəx: Şirniyyat

4-5 AZN (içkidən asılı olaraq)

.

“Gloria Jean'sCoffee”

Sadə kofe, “Latte”, “Cappuccino”, “Karamel macchiato”, “Croissants”, çay, şirniyyat, müxtəlif piroqlar.

3-6 AZN (içkidən asılı olaraq)

10 st. alış-veriş edənə 1 qəhvə pulsuz

Traveler'sCoffeeBaku”

Kofe “Traveler’s”, “Latte”, “Cappuccino”, “Croissants”, 20 növdə çay, şirniyyatlar.

Mətbəx: İtalyan mətbəxindən yeməklər, isti və soyuq yeməklər

3-5 AZN (içkidən asılı olaraq)

Bir qəhvə alana biri ödənişsiz

SecondCupBaku

Sadə kofe, “Latte”, “Cappuccino”, “Croissants”, kekslər, piroqlar, tortlar və digər şirniyyatlar.

Mətbəx: Kanada və Avropa mətbəxindən yeməklər, “simit”, “sendviç” və xüsusi salatlar.

3-6 AZN (içkidən asılı olaraq)

CoffeeLea

Sadə qəhvə, “Latte”, “Cappuccino”,

Çay, desertlərin böyük çeşidi.

Mətbəx: Amerika və Avstriya yeməkləri.

Azərbaycan mətbəxi - sifarişə görə

4-5АZN (içkidən asılı olaraq)

Espressamenteilly

Qəhvə “arabica”, “Latte”, “Cappuccino”, Çay - desertlərin böyük çeşidi.

Mətbəx:İtalyan yeməkləri

4-5 AZN (içkidən asılı olaraq)

4 st. sifariş verəndə, 5-cisi ödənişsizdir

DoubleCoffee

Qəhvə “arabica”, “Latte”, “Cappuccino”, müxtəlif çaylar, kokteyllər, desertlər.

Mətbəx: Qəlyanaltılar, səhər yeməyi

3-5 AZN (içkidən asılı olaraq)

“Coffeemania”

Sadə qəhvə, “Latte”, “Cappuccino”, “Karamel macchiato”, Çay, şirniyyatlar

Mətbəx: Amerika və Türk mətbəxindən yeməklər

3-6 AZN (içkidən asılı olaraq)

Türk qəhvəsi sifariş edərkən, pulsuz desert

verilir

BakuRoastingCompany

Sadə qəhvə,  “Latte”, “Capuccino”, Çay, Şirniyyat, “Peçeniyə”.

Mətbəx: Müxtəlif qəlyanaltılar.

3-5 AZN (içkidən asılı olaraq)

“Coffee Moffie”

Sadə qəhvə,  “Latte”, “Cappuccino”, çay.

Mətbəx: Azərbaycan,  Avropa “Fast Food”.

Vegeteriyanlar üçün s

4-5 AZN (içkidən asılı olaraq)

Sonda

Qəhvənin bütün əsas xüsusiyyətlərini müəyyənləşdirdikdən sonra yekunda bunu demək olar ki, qəhvənin çox müxtəlif növləri var. Bakıda hər kəs şəxsi zövqünə uyğun sadə, xəfif, sərt və ya qeyri-adi qəhvə tapa bilər. Məsələn, qəhvənin "flaminqo" növü çox qidalı  və qeyri-adi içkidir, bura həmçinin  “Kafesino”nu, “Lattemakiato”nu, “Ekspresso”nu da əlavə etmək olar. Əgər bu qəribə adları olan içkilər sizi həqiqətən maraqlandırırsa, onda Bakıdakı yaxşı qəhvəxanalardan birinə gedə və sifariş edib zövq ala bilərsiniz.  

Cəmilə Amirova

Bakucity.az

Bakı qəhvəxanaları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Qərargah yaradılıb Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. BakuCity.az-ın məlumatına görə, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün...
Cəmiyyət
Virus İran vətəndaşında aşkarlanıb Belarusda koronavirusa ilk yoluxma faktı qeydə alınıb. BakuCity.az-ın məlumatına görə, ölkənin Səhiyyə Nazirliyi virusun iranlı tələbədə aşkarlandığını bəyan edib. Həmçinin oxu: Gürcüstanda koronavirus aşkarlanan şəxs azərbaycanlıdır Qeyd olunub ki, fevralın 27-də laboratoriya yoxlamaları zamanı fevralın 22-də Bakıdan aviareyslə Belarusa gələn İran vətəndaşında virus aşkarlanıb. BakuCity.az
Cəmiyyət
Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək. Bu barədə BakuCity.az-a İpoteka və Kredit Zəmanət Fondundan bildirilib. Qeyd olunub ki, “Elektron ipoteka və kredit zəmanət” sisteminin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır. Elektron müraciətlərin qəbulu və...
Siyasət
36 yaralı var Suriya tərəfindən İdlibdə Türkiyə Silahlı Qüvvələrinə qarşı hava hücumu nəticəsində həlak olan türk hərbçilərin sayı 33-ə çatıb. BakuCity.az-ın məlumatına görə, bunu Hatay valisi Rahmi Doğan bildirib. Vali deyib ki, hazırda 36 yaralı hərbçinin müalicəsi davam edir, onların həyatı üçün təhlükə yoxdur. Qeyd edək ki, vəziyyətlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşo...
Cəmiyyət
Məqsəd yaşı 60-dan yuxarı olan pensiyaçılara kömək etməkdir Bakıda kasıblara pulsuz xörək verən məkan varmış. Deyirlər, hələ 5-6 nəfər də götürə bilərik. Bu xeyirxah işlə Yəhudi Qadınlarının Azərbaycan Assosiasiyası məşğuldur. BakuCity.az "Azadlıq" radiosuna istinadən məlumat verir ki, mərkəz 27 ildir, fəaliyyət göstərir. Bu mərkəzdə əsasən könüllülər çalışır. Pulsuz yeməkdən yararlananlar isə əsasən rusdillilərdir. Lakin milli ayrı-seçkilik yoxdur. Buraya...
Cəmiyyət
Həmin şəxsin vəziyyəti qənaətbəxşdir Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən “Report”a təsdiqləyiblər. Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma h...
Cəmiyyət
Sərnişinlər təxliyə olunur Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda işıqlar söndü, işıqforlar işləmir O qeyd edib ki, bu gün saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb: "Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" -...
Cəmiyyət
Problem aradan qaldırılır Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. "Azərişıq” ASC-dən BakuCity.az-a verilən məlumata görə, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş görülür. Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb. Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki,...
Cəmiyyət
"İnsan həmişə nəyəsə səy göstərməlidir" “Öz hekayəni danış” rubrikası çərçivəsində BakuCity.az saytının bugünkü qonağı “High Boost” restoranının baş aşpazı Rüfət Əliyarovdır. - Kulinariya sahəsində təhsiliniz barədə ətraflı danışmağınızı istərdik. Bildiyimizə görə, əvvəlcə tamamilə başqa işlə məşğul olmaq istəmisiniz.  - Düzünü desəm, diplomat olmaq arzusunda idim. Bu mənim təbiətimdə var: psixologiyanı uzun müddət araşdırmışam, insanlarla necə ünsiyyət qu...