Bakını qatı duman bürüdü – FOTO

Bakını qatı duman bürüdü  – FOTO, Javid

Sakinlərə xəbərdarlıq edilib

Bakucity.az xəbər verir ki, bu gün səhər saatlarından Bakı şəhərində güclü duman müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən hava ilə bağlı xəbərdarlıq edilib.

Xəbərdarlıqda bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 20-21-də arabir yağış yağacağı, dekabrın 20-də bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Bakı Nəqliyyat Agentliyi də sürücülərə müraciət edərək, yollarda avtomobilləri ehtiyatla və məsuliyyətlə idarə etməyi xahiş edib. (Baku.ws)

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər