Nizami Kino Mərkəzində dahi bəstəkara həsr olunmuş film təqdim edildi
Bakucity.az xəbər verir ki, dekabrın 19-da Nizami Kino Mərkəzində dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş “Qara Qarayev. Yol” sənədli filminin təqdimatı keçirilib.
Film Mədəniyyət Nazirliyinin sifarişi ilə Rusiyanın “Divi” telekompaniyası tərəfindən ərsəyə gəlib.
Film bəstəkarın həyat və yaradıcılığına həsr olunub.
Filmin ssenari müəllifi Nina Smirnova, operatoru Dmitri Novoselov, icraçı prodüseri Dmitri Dulov, maliyyə direktoru isə Vera İlyinadır. Film ilk dəfə Rusiyanın “Mədəniyyət” kanalında nümayiş etdirilib.
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət, incəsənət və elm xadimləri iştirak ediblər. (AzərTac)
Bakucity.az