“Qadın portretinə tarixi qeydlər” mövzusunda mühazirə keçirilib
Bakucity.az xəbər verir ki, “Sənət haqqında söhbətlər” layihəsi çərçivəsində Azərbaycan İncəsənət muzeyində, muzey vəsaitlərinin qorunması üzrə məsləhətçi, əməkdar mədəniyyət xadimi Mühriban Nuriyevanın “Qadın portretinə tarixi qeydlər” mövzusunda mühazirəsi dinlənilib.
Mühazirə Avqust Kaulbax və Jan Jozef Benjamin-Konstanın təsvir etdikləri və muzeydə saxlanılan əsərlərinə (bir qadını əks etdirir) həsr edilib.
“Bu seminar sənətə dəyər verən insanlar üçün çox əhəmiyyətlidir. Mövzu cəlbedici olduğuna görə mühazirə mütləq maraq oyadacaq.
Bu, kim olduğu uzun müddət məlum olmayan eyni qadının təsvir edilidyi portretin hekayəsidir. Yalnız uzun illər sonra, araşdırmalar qızın şəxsiyyətini müəyyən etməyə imkan verib. Bu Yelizaveta Fedorovna Romanovadır.
Lakin təsadüf ucbatından onu doğma bacısı ilə qarışıq salıblar. Gənc Yelizavetanın taleyi o dövrün digər əsilzadə nümayəndələrinin əksəriyyəti kimi çox faciəlidir. Xarakterinə görə qız dindar, rəhmdil idi, o, hətta ərinin qatilini bağışlayaraq əfv edilməsi üçün müraciət etmişdi. Lakin onun istəyi qəbul edilmədi. Amma qadın əsl xristian kimi hərəkət edərək qatilə İncil bağışladı”- deyə əməkdar mədəniyyət xadimi Mehriban Nuriyeva Bakucity.az-a bildirib.
- Bunu da oxu: "Dünya klassikasının inciləri" Bakıda ilk dəfə
“Bu layihə paytaxtda artıq 4-cü ildir ki, reallaşdırılır. Bu, virtual rus muzeyinin anoloqu kimidir. Belə tədbirlərdə incəsənətə aid maarifləndirici işlər aparır, seminar və mühazirələr keçiririk” – Bakucity.az ilə söhbətində “Sənət haqqında söhbətlər” layihəsinin kuratoru Cavad Quliyev bildirib.