Qısqanclıqdan keçmiş arvadını öldürənə ömürlük həbs cəzası verildi

Qısqanclıqdan keçmiş arvadını öldürənə ömürlük həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadı və qayınanasını öldürməkdə təqsirləndirilən Ramin İsmayılova hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə R.İsmayılov ömürlük azadlıqdan məhrum edilib. İttihama görə, R.İsgəndərov xüsusi amansızlıqla həyat yoldaşı, 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Ətir Şirinovanı qətlə yetirib.

Ə.Şirinova rəsmi sənəddə belə qeyd olunsa da, ailəsi və ətrafı onu “Mahirə” adı ilə tanıyıb. Qətlin baş verdiyi ilk günlərdə mediada bu qadının adı Mahirə kimi qeyd olunub. Onları öldürən və hadisədən sonra qaçan kürəkən Ağdama, öz ata-anasının yanına gedib, polisə də Ağdamda təslim olub. Günay İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu var. Cinayətin qısqanclıq səbəbindən törədildiyi bildirilir. 

Bakucity.az

Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər