Sabahdan Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları işə başlayacaq.
Bakucity.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova məlumat verib.
Məmmədovanın sözlərinə görə, dekabrın 30-dək davam edəcək yarmarkada yerli fermerlər ödənişsiz iştirak edəcəklər.
“Bayram yarmarkalarına çıxarılacaq məhsulları Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlayacaq. Qiymətlər isə tələb-təklif əsasında müəyyən ediləcək və qiymətlərin münasib olması üçün fermerlərlə danışıqlar aparılır. Yarmarkada 110 fermer iştirak edəcək. 33 arıçı məhsullarını yarmarkaya çıxaracaq. Onlar xüsusi geyimdə olacaqlar”, - o qeyd edib.
Bakucity.az