"Neftçi" futbolçusu ilə müqaviləyə xitam verdi

"Neftçi" futbolçusu ilə müqaviləyə xitam verdi

"Neftçi” Rəşad Eyubov ilə yollarını ayırıb. 

Bakucity.az  xəbər verir ki, paytaxt təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib və klub oyunçuya gələcək fəaliyyətində də uğurlar arzulayıb. 

Rəşad Eyubov "Neftçi”yə mövsümün əvvəlində "Sumqayıt"dan keçib. O, komandanın heyətində 6 oyunda meydana çıxıb.

Bakucity.az

"Nefçi" xitam
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər