Bakı-Həştərxan aviareysi 2019-cu ilin yazında bərpa ediləcək.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin bildirdiyinə görə, Bakı-Həştərxan aviareysi 2019-cu ilin yazında bərpa ediləcək və uçuşları AZAL deyil, “Buta Airways” şirkəti həyata keçirəcəkdir.
Bakı-Həştərxan aviareysinin 2019-cu ilin yazında bərpa edilməsi planlaşdırılır.
Bununla bağlı isə Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin vəzifələrini icra edən Denis Afanasyev jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, dörd illik fasilədən sonra bərpa ediləcək aviareyslə uçuşlar həftədə iki dəfə baş tutacaq.
“AZAL şirkəti ilə danışıqlar aparıldı və aviareysin bərpası 2019-cu ilin yazına planlaşdırılıb. Hazırda texniki və marketinq siyasəti məsələləri müzakirə edilir. Uçuşlar həftədə iki dəfə olacaq. Uçuşun müddəti 1 saat 15 dəqiqə və ya saat yarım təşkil edəcək”, - o deyib.
Bakucity.az