YARAT-da əfsanəvi bəstəkarın musiqiləri səsləndi - FOTO

YARAT-da əfsanəvi bəstəkarın musiqiləri səsləndi - FOTO

“YARAT” Müasir İncəsənət mərkəzində ”Freestyle” konsert keçirilib

Bakucity.az-ın məlumatına görə, dekabrın 20-də Fransanın Azərbaycandakı səfirliyi və “Total”ın təşkilatçılığı ilə  “YARAT” Müasir İncəsənət Mərkəzində əmək düşərgəsində nasistlər tərəfindən öldürülmüş bəstəkarın xatirəsinə həsr edilmiş konsert keçirilib. 

Tədbiri Fransanın Azərbaycandakı səfiri Aurelia Bouchez açıb. 

Proqrama Victor Ulmann, Pavel Haas, Emile Gue və İlse Veber'in əsərləri daxildir. Gecədə əfsanəvi Dmitri Şostakoviçin müharibə dövründə bəstələnmiş əsərləri səsləndirilib. 

Konsertdə həmçinin - Maks Brux, Arvo Pyart, Peter Vasksın əsərlərini Azərbaycanın tanınmış instrumental solistləri Alexey Miltıx, Rövşən Əmrahov və Səidə Tağızadə ifa ediblər. Proqramı dirijor Eyyub Quliyevin rəhbərlik etdiyi "Virtuoz Baku" kamera orkestri müşayiət edib.

Gecənin ən mühüm və tarixi hadisəsi Bakıda dünya şöhrətli Fransız bəstəkarı Elios Azulenin “14 may 1431-ci il” adlı mono-operanı ifa etməsi olub. 

Bu əsər Viktor Ulmanın yarımçıq qalmış "Janna Dark" operasıdır (1943-cü ildə yazılıb). Mono-operanın müasir versiyasındakı aparıcı hissələri Fərid Məmmədov (soprano) və Elios Azule - bəstəkar və klarnet-innovator ifa ediblər.

İfaçılar və musiqiçilər tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Əfsanəvi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər