Sərgiyə dair materiallar Azərbaycan, rus və ingilis dillərində hazırlanıb
Bakucity.az xəbər verir ki, dekabrın 20-də İçərişəhərdə yerləşən “Kiçik QalArt” qalereyasında “Milli irsimiz” layihəsinin kuratoru Əsli Səmədovanın təşəbbüsü ilə “Kəlağayı: Dünən, bu gün, sabah” adlı sərgi açılıb.
Sərgi özündə Azərbaycan və xarici muzeylərdən və şəxsi kolleksiyalardan olan nadir materialları, muzey təcrübəsi sahəsində innovasiyaları birləşdirir. Sərginin əsas diqqət mərkəzində maarifləndirici və interaktiv komponentlər dayanır. Sərgidə ölkənin ən ucqar bölgələrindən toplanmış eksponatlar qismində, gənc kolleksionerlər Ruslan Hüseynov və Fuad Cəbrayılov tərəfindən qədim kəlağayılar təqdim edilir.
Vurğulanıb ki, eksponatların hazırlanması bir neçə ay çəkən sərgiyə dair materiallar Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.
Qeyd edək ki, sərgi ziyarətçilər üçün gələn il mayın 15-dək açıq olacaq. (AzərTac)