Bakıda “Doğma diyar” rəsm müsabiqəsinin yekun sərgisi açıldı - FOTO

Bakıda “Doğma diyar” rəsm müsabiqəsinin yekun sərgisi açıldı - FOTO, Javid

Müsabiqəyə 700-dək uşaq, 1800 əsərlə qatılıb

Bakucity.az xəbər verir ki, Bakı Xətai Sənət Mərkəzində elan edilən “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, eləcə də vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə keçirilən müsabiqəyə 700-dək uşaq, 1800 əsərlə qatılıb. Sərgidə 12 yaşa qədər 165 uşağın 170 işi və 12-17 yaşarası 135 yeniyetmənin 140 işi nümayiş edilib. Müsabiqədə uşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini, mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhramanlarının obrazlarını və s. öz duyğuları ilə tablolarında əks etdiriblər.

Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular. Həmçinin sərgidə ayrı-ayrı təşkilatların müxtəlif nominasiyalar üzrə diplomları təqdim edilib. (AzərTac)

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər