Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?, Javid

Sabahın hava proqnozu açıqlanıb

Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulaçağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Dekabrın 22-23-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 23-də gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər