Xırdalanda acınacaqlı vəziyyət - VİDEO

Xırdalanda acınacaqlı vəziyyət - VİDEO, Javid

Paytaxtın bir sıra ərazilərində yollarda hərəkət iflic olub

Bakucity.az xəbər verir ki, Xırdalan şəhəri ərazisinə gedən yolda iri həcmli gölməçələr yaranıb.

Məsələ ilə bağlı açıqlama verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Xırdalan şəhərində yağışın yollarda yaratdığı problemə aydınlıq gətirib. O bildirib ki, həmin ərazilərdə su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində işlər aparılır:

“Bir neçə gün davam edən yağışlı hava şəraiti nəticəsində Xırdalan şəhərinin bir neçə küçəsində yığılan yağış suları avtomobillərin hərəkətinə təsir göstərib. Ərazinin Nizami Gəncəvi küçəsində qazıntı işləri yekunlaşıb və asfalt örtüyü çəkilib.

Lakin bəzi küçələrdə hələ də işlər yekunlaşmayıb. Bir neçə küçədə yollar işlər tam yekunlaşana qədər müvəqqəti olaraq torpaq və şebel ilə örtülüb. Hava şəraiti ilə əlaqədar işləri tam yekunlaşdırdıqdan sonra yolların asfalt örtüyü çəkiləcək”.

Xatırladaq ki, Xırdalan şəhərində mövcud içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri görülür. Tikinti-quraşdırma işlərinin tam şəkildə 2019-cu ildə başa çatdırılması planlaşdırılır. (Oxu.az)

Bakucity.az

ekologiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər