Babək prospektində maşın piyadanı vurub öldürdü

Babək prospektində maşın piyadanı vurub öldürdü, Javid

Piyada hadisə yerində ölüb

Bakucity.az xəbər verir ki, paytaxtın Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Dekabrın 20-də saat 23 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Elvin Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az 

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər