Aleksandr Lukaşenko qərar imzalayıb
Bakucity.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Şurasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin təyin olunması haqqında qərar imzalayıb.
Bu vəzifəyə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunu Stanislav Zas seçilib.
“Mən əvvəl demişdim ki, Belarusdan bu posta bir neçə namizəd olub. Ancaq mən Zas təklifinin üzərində dayandım, çünki əvvəl də qeyd etmişdim ki, indi istefada olan generalların formal təyinatından çəkinməli və daha perspektivli, gənc generalları bu posta təyin etməliyik”, - Lukaşenko əlavə edib. (oxu.az)
Bakucity.az