“Neftçi” Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

“Neftçi” Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq, Javid

Komandanın üzvləri bir də yanvarın 6-da bir araya gələcək

Bakucity.az xəbər verir ki, “Neftçi” PFK Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab oyunundan sonra istirahətə buraxılıb. 

Ayın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək “ağ-qaralar” həmin gün Türkiyəyə yola düşəcək.

Xatırladaq ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” hotelində məskunlaşacaq komandamız ayın 18-də “Qaz Metan” (Rumıniya), 23-də isə “Slovan” (Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək. Ayın 26-dakı rəqibin adına aydınlıq gələndən sonra bu haqda məlumat veriləcək.

Bakucity.az 

Neftçi FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər