Avropa Liqası növbəti dəfə futbolsevərləri sevindirəcək.
Bakucity.az xəbər verir ki, UEFA Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində dünya şöhrətli argentinalı hücumçu Ernan Krespo dekabrın 23-də UEFA-nın ulduz səfiri qismində Bakıya gələcək.
Həmin gün, saat 12:00-13:00-da UEFA Avropa Liqasına həsr olunmuş muzeydə Milan “İnter”inin heyətində 3 dəfə İtaliya çempionu olmuş E.Kresponun imza günü keçiriləcək. 13:00-da isə eyni məkanda Kresponun mətbuat nümayəndələri üçün brifinqi olacaq.
Bakucity.az