Bu gündən Bakıda hava mülayimləşəcək, temperatur yüksələcək

Bu gündən Bakıda hava mülayimləşəcək, temperatur yüksələcək, Javid

 Paytaxtda hava əsasən yağmursuz keçəcək.

Bakucity.az xəbər verir ki, dekabrın 22-dən etibarən ölkə ərazisində hava şəraiti tədricən mülayimləşəcək. Paytaxtda, eləcə də bölgələrdə hava, əsasən, yağmursuz keçəcək. Şimal-şərq küləyi üstünlük təşkil edəcək. Sabah hərarətin paytaxtda 6-8°, bölgələrdə 8-13° isti, dağlıq ərazilərdə isə 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Direktor bildirib ki, dekabrın 23-24-də hərarətin ötən günlərlə müqayisədə tədricən 2-3° yüksələcəyi proqnozlaşdırılır. Temperaturun paytaxtda 9-11°, bölgələrdə 9-14°, dağlıq ərazilərdə isə 3-5° isti olacağı bildirilir. (AzərTac)

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər